Melaniya Ukrayna agentidir? - Dünənki açıqlama müzakirələrə səbəb olub
ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinə münasibəti ilə bağlı gözlənilməz açıqlaması informasiya məkanında sensasiyaya çevrilib.
SAVASHMEDİA.az “GORDON” internet nəşrinə istinadən xəbər verir ki, sosial şəbəkələrin Ukrayna seqmentində ABŞ-nin birinci xanımını artıq “Ukraynanın agenti” adlandırır və ona milli köynək “geyindirirlər”, xarici media isə ABŞ prezidentinin həyat yoldaşının bioqrafiyasında “Ukrayna izi” axtarır.
Xatırladaq ki, iyulun 14-də NATO-nun baş katibi Mark Rutte ilə mətbuat konfransında ABŞ prezidenti deyib ki, Putinin həqiqətən kim olduğuna gözlərini açan onun həyat yoldaşı olub.
“Evə gedirəm və birinci xanıma deyirəm ki, bilirsənmi, mən bu gün Vladimirlə danışdım. Gözəl söhbətimiz oldu”. O, deyir: “Doğrudanmı? Elə indicə daha bir şəhəri atəşə tutublar”, - deyə Tramp danışıb.
“New York Post” qəzetinin redaksiyası bundan sonra dərc etdiyi məqalədə iddia edib ki, məhz birinci xanım prezidenti Rusiyaya qarşı sərt mövqe tutmağa inandırmağa kömək edib. Onlar vurğulayıblar ki, Melaniya Tramp dövlət başçısına “Putinin sülh razılaşması ilə bağlı telefon zənglərindən sonra verdiyi vədlərdən həmişə geri çəkildiyini göstərən birbaşa” şəxslərdən biridir.
Nəşr xatırladıb ki, ABŞ prezidentinin həyat yoldaşı Ukraynaya genişmiqyaslı işğaldan sonra Rusiya ilə soyuq münasibətdə olan Sloveniyada anadan olub. Məqalədə deyilir ki, gemişmiqyaslı müharibənin başlamasından cəmi bir ay sonra Rusiya hava zərbəsi nəticəsində Sloveniyanın Xarkovdakı konsulluğu dağıdılıb.
“The Guardian” hətta ABŞ-nin birinci xanımını “Ukraynanın ən nüfuzlu lobbiçisi” adlandırıb.
Xatirə SADİQ