Ustad aktyor vəfat etdi - FOTOLAR
Türkiyənin məşhur teatr, kino və opera aktyoru Ferdi Atuner vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, məşhur aktyor keçirdiyi infarkt nəticəsində həyatını itirib.
82 yaşlı F.Atunerin səhhətində uzun müddətdir problem olduğu bildirilib. Aktyorun ölüm xəbərini ailəsi yayıb.
F.Atuner son dəfə mətbuata 2024-cü ildə müsahibə verib. O, artıq rol təklifinin gəlmədiyindən şikayətlənib:
“Bizim vaxtımızda pul danışılmazdı. Puldan öncə verilən rolu necə oynayacağımızı düşünürdük. Pensiyamla dolanıram. Allaha şükür edirəm. Artıq rol təklifləri gəlmir. Unudulmuş ola bilərəm, ancaq hələ də buradayam”.
Xatırladaq ki, F. Atuner, “Ayrılsak da Beraberiz”, “Cennet mahallesi”, “En Son Babalar Duyar”, “Bez Bebek” kimi reytinq rekordları qıran seriallarda və “Kahpe Bizans”, “Reyting Hamdi”, “Çarıklı Milyoner” kimi bir çox filmlərdə rol alıb.
Banu