Trampın sülh planından bu bənd çıxarıldı

Ukraynanın Bərpa Fonduna təxminən 100 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərinin ayrılması ilə bağlı bənd ABŞ sülh planı layihəsinin son versiyasından çıxarılıb.

Nov 24, 2025 - 21:12
Trampın sülh planından bu bənd çıxarıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg“ Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, bu bəndin çıxarılması Avropa rəsmiləri arasında nikbinliyə səbəb olub. İlkin təklifdə ABŞ-ın bu aktivlərdən əldə etdiyi mənfəətin 50%-ni alacağı, istifadə olunmamış dondurulmuş vəsaitlərin isə Rusiya-Amerika investisiya fonduna yönəldiləcəyi nəzərdə tutulurdu.

Oğuz