Türkiyənin dünyaca məşhur müğənnisi vəfat etdi - FOTO

Türkiyənin məşhur müğənnisi Rüçhan Çamay vəfat edib.

Jul 10, 2025 - 15:15
Türkiyənin dünyaca məşhur müğənnisi vəfat etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə xəbəri ustad sənətçinin qızı Melike Demirağ yayıb.

94 yaşlı müğənni uzun müddət xəstəlikdən əziyyət çəkib.

Qeyd edək ki, R.Çamay karyerası boyunca Zeki Müren, Müzeyyen Senar, Behiye Aksoy kimi korifeylərlə eyni səhnəni paylaşıb. O, “Gölgen Yeter Bana”, “Para Parra Parrra”, “Ne Haber?”, “Gönlüm Çok Zengin” kimi mahnılarla məşhurlaşıb. Müğənninin “Para Parra Parrra” və “Ne haber” mahnıları Kamal sunalın oynadığı bir neçə filmdə də səsləndirilib. Rüçhan Çamay eyni zamanda dünyada tanınan türkiyəli sənətçilərdən biridir. O, 1953-cü ildə Nyu Yorkdakı Mezonette klubunda çıxış edib. CBS televiziya kanalında nümayiş olunan konsert nəticəsində o, "televiziyada oxuyan ilk türk sənətçisi" adını qazanıb.

Banu