“İdrak” liseyinin direktoru açıqlama yayıb - Narazılıq etdi 

Bakı “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov açıqlama yayıb.

Feb 6, 2026 - 21:45
“İdrak” liseyinin direktoru açıqlama yayıb - Narazılıq etdi 

Direktorun açıqlamasında bildirirlir ki, bu gün Bakı “İdrak” Liseyində baş vermiş məlum hadisə ilə bağlı müvafiq hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb:

“Hadisədən dərin təəssüf keçirir və KİV nümayəndələrindən rəsmi dövlət orqanlarının məlumatlarına istinad etməyə, həqiqətə uyğun olmayan informasiyaları yaymamağa çağırırıq.

Bildiyiniz ki, Bakı “İdrak” Liseyi 2014-cü ildə fəaliyyətə başlayıb. Müasir tədris ocağı kimi şagirdlərinin uğurları ilə respublikamızın təhsil həyatında özünə layiqli ad və yer qazanıb. Məzunlarının hamısı tələbə adını qazanaraq Azərbaycanın və xarici ölkələrin qabaqcıl təhsil ocaqlarında oxuyurlar. Liseydə müasir tədris şəraitinin və güclü pedaqoji kollektivinin olması ictimaiyyətə məlumdur.

Lakin bəzi KİV-lər və sosial şəbəkə istifadəçiləri baş vermiş hadisədən sui-istifadə edir, həqiqətə uyğun olmayan məlumatlar tirajlayır, “İdrak” Liseyinin və ailənin ictimai nüfuzuna bilməyərəkdən ziyan vururlar. Nəzərə alın ki, bu feyk xəbərlər və reallığı əks etdirməyən şərhlər “İdrak” Liseyi ailəsində ciddi narahatlıq yaradır.

Əziz media nümayəndələri və sosial şəbəkə istifadəçiləri, müraciətimizi anlayışla qarşılamanızı, rəsmi məlumatlara istinad etməyinizi Sizlərdən xahiş edirik”.

Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini məktəb çantasında liseyə gətirib. Hadisə zamanı ov silahından açılan atəş nəticəsində liseyin riyaziyyat müəllimi, 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın yaralandığı bildirilib. (yenisabah)