“O, həqiqətən gəlib” - Peskov təsdiqlədi
Kreml ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Rusiyaya səfər etdiyini təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
“Bəli, təsdiq edirəm, o, həqiqətən gəlib”, - deyə Kremlin sözçüsü bildirib.
Peskov əlavə edib ki, Vladimir Putin xüsusi elçi ilə görüşsə, Kreml vaxtında məlumat verəcək.
Flightradar” izləmə xidmətinin məlumatına görə, Amerika liderinin xüsusi elçisinin təyyarəsi Moskva vaxtı ilə saat 10:00 radələrində Sankt-Peterburqa enib.
Bundan öncə “Axios” portalı mənbələrə istinadən xəbər vermişdi ki, Uitkoff Putinlə görüşmək üçün Rusiyaya yollanıb.
Xatirə SADİQ