ABŞ mallarına əlavə tariflər 125%-ə qalxdı – Çində
Çin hökuməti ABŞ mallarına əlavə tarifləri 84%-dən 125%-ə qaldırıb.
SAVASHMEDİA.az bu barədə “Reuters” və “Bloomberg” agentliklərinə istinadən xəbər verir.
Çin Maliyyə Nazirliyindən bildirilib ki, tariflər aprelin 12-dən qüvvəyə minəcək və Pekin daha ABŞ-nin Çin məhsullarına bundan sonrakı rüsumlarına məhəl qoymayacaq.
“Nəzərə alsaq ki, Çinə ixrac edilən Amerika mallarının indiki tarif səviyyələrində artıq bazarda qəbulu imkanları yoxdur, əgər Amerika tərəfi sonradan ABŞ-yə ixrac edilən Çin mallarına rüsum tətbiq etməyə davam edərsə, Çin tərəfi buna əhəmiyyət verməyəcək”, - deyə nazirliyin bəyanatında bildirilib.
Xatirə SADİQ