İstanbulda dərslər ləğv olundu
Türkiyənin İstanbul şəhərində yağan qar nəticəsində bütün təhsil müəssisələrində dərslər ləğv olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İstanbul vilayətinin valisi Davud Gül “X” platformasında məlumat paylaşıb.
Valinin sözlərinə görə, İstanbulu əhatə edən qarın çox yağması havaların soyuq keçməsi ilə əlaqədar həyata mənfi təsir edir.
“Meteoroloji məlumatlara görə, bütün şəhərdə qar yağacağı və daha soyuq hava şəraiti gözlənilir. Bu səbəbdən İstanbuldakı bütün təhsil müəssisələrində 12 fevral tarixində bir günlük dərslər dayandırılacaq”, - deyə vali nəzərə çatdırıb.
Vali əlavə edib ki, müəyyən kateqoriyadan olan işçilərə inzibati məzuniyyətlər verilib: “Əngəlli insanlar, xroniki xəstəlikləri olanlar, dövlət müəssisə və təşkilatlarının hamilə əməkdaşları fevralın 12-də inzibati məzuniyyətə çıxmış hesab olunacaqlar”.
Xatirə SADİQ