Rusiyadan "Tramp yolu"na dəstək

“İrəvan bunu zəruri hesab edirsə, Rusiya Ermənistanı “Tramp yolu”nun (Zəngəzur dəhlizi - red.) yaradılması planlarında dəstəkləyir”.

Aug 15, 2025 - 11:30
Rusiyadan "Tramp yolu"na dəstək

SAVASHMEDİA.az TASS-a istinadən əbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan nəyinsə onun üçün yaxşı olduğunu hesab edirsə, əlbəttə, biz burada Ermənistanı dəstəkləyirik”, - Overçuk qeyd edib.