Mertslə Trampın gizli razılaşması: “Patriot”u alıb...

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla ölkəsinin hesabına Ukraynaya silah tədarükü, xüsusilə “Patriot” zenit-raket kompleksləri ilə bağlı məxfi saziş bağlamaq niyyətindədir. 

Jul 4, 2025 - 11:47
Mertslə Trampın gizli razılaşması: “Patriot”u alıb...

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən “Bild” nəşri məlumat yayıb. 

Nəşr qeyd edib ki, Almaniya bir neçə həftə əvvəl Pentaqonun rəhbəri Pit Heqsetə müvafiq sorğu göndərib. Berlin indi Almaniya büdcəsi hesabına alınacaq və sonra Kiyevə ötürüləcək iki “Patriot” sisteminin təhvil verilməsinə görə Vaşinqtonun rəsmi razılığını gözləyir.

“Bild” yazır ki, bundan əvvəl Ukrayna “Patriot”u birbaşa ABŞ-dən almağa cəhd göstərirdi, lakin sonradan Almaniya hökumətinə müraciət edib. Amma Vaşinqtonun Kiyevə hərbi yardımı müvəqqəti dayandırmaq barədə gözlənilməz qərarından sonra Berlin yeni təşəbbüsünün ABŞ tərəfindən dəstəkləməyəcəyindən ehtiyat edir. 
 
Xatirə SADİQ