Paşinyandan Rusiyanın qaz hədəsinə CAVAB
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın maye qazın qiymətlərini artıracağı ilə bağlı səsləndirilən hədələrə münasibət bildirib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, enerji resurslarının siyasi təzyiq vasitəsinə çevrilməsini qəbuledilməz adlandıran Paşinyan bu yanaşmanın region ölkələri arasında gərginlik yaradacağını deyib.
Paşinyan vurğulayıb ki, Ermənistan iqtisadi asılılığın siyasi alət kimi istifadə olunmasına qarşıdır və belə addımlar qarşılıqlı etimadı zədələyir.
Baş nazir əlavə edib ki, İrəvan enerji təhlükəsizliyini gücləndirmək üçün alternativ mənbələrin axtarışını və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini davam etdirəcək.
Onun sözlərinə görə, Ermənistan sabit və proqnozlaşdırılan enerji bazarının tərəfdarıdır və bu istiqamətdə siyasətini dəyişmək niyyətində deyil.
“Ermənistanı yeni qiymətlərlə hədələmək lazım deyil, çünki bu kimi hədələrə cavabımız var: bizim o qədər çox pulumuz olacaq ki, hətta yüksək qiymətlər belə bizə bahalı görünməyəcək”, - Paşinyan əlavə edib.
Oğuz