"Ferensvaroş"un prezidenti futbolçuları qisasa çağırdı
"Ferensvaroş"un prezidenti Qabor Kubatov UEFA Çempionlar Liqasının pley-offunda "Qarabağ"a qarşı cavab oyunundan əvvəl sosial şəbəkə hesabında paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, Macarıstan klubunun rəhbəri evdə 1:3 hesablı məğlubiyyətdən sonra fövqəladə bir güc sayəsində mərhələni keçməyin mümkün olduğunu qeyd edib:
"Özümüzü sübut etmək üçün hələ bir şansımız var. Hər futbolçumuzun fövqəlinsan performansına ehtiyac var. Bundan sonra mərhələ keçmək şansımız olacaq".
Xatırladaq ki, Budapeştdə keçirilən ilk görüşdə "Qarabağ" 3:1 hesabı ilə qalib gəlib. Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:45-də başlayacaq.