"Gələn həftə Zelenski ilə görüşəcəyəm" - Tramp
ABŞ prezidenti Donald Tramp gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırdığını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirdiyi brifinq zamanı bildirib.
“Yəqin ki, gələn həftə prezident Zelenski ilə görüşəcətəm”, – ABŞ prezidenti deyib.
Tramp Rusiya prezidenti Vladimir Putinlə də söhbət etməyi planlaşdırdığını bildirib. ABŞ prezidenti bu söhbətin nə vaxt baş tuta biləcəyini dəqiqləşdirməyib.
Putinlə şəxsi görüşün mümkünlüyünə gəlincə, ABŞ prezidenti “mümkündür” cavabını verib. Tramp qeyd edib ki, onunla Putin arasında həmişə “yaxşı münasibət” olub.
Oğuz