"Bizə hücum olmasa, Belarus müharibəyə qoşulmayacaq" - Lukaşenko
Belarusa hücum olunmasa, biz hərbi əməliyyatlara qoşulmayacağıq.
SAVASHMEDİA.az xəbər verir ki, bunu prezident Aleksandr Lukaşenko Berezina biosfer qoruğuna səfəri zamanı sakinlərlə görüşü zamanı deyib.
"İndi o qədər qeyri-müəyyən, naməlum dövrdür ki, biz dözməliyik. Buna dözməliyik. Dözüm göstərsək, övladlarımız sağ qalacaq. Əgər dözməsək, uçuruma qərq olacağıq", - Lukaşenko bildirib.
O qeyd edib ki, hazırda dünyada 50-dən çox silahlı münaqişə varr və Belarus başqa bir münaqişənin iştirakçısı olmaq niyyətində deyil.
"Mən sizə söz verirəm ki, biz döyüşmək istəmirik, bizi narahat etməsələr, bu müharibəyə qarışmayacağıq. Bu, məhz prezidentin və hökumətin əsas vəzifəsidir", - Belarus lideri əlavə edib.
Oğuz