“Əlimizdə faktlar var” - Lavrovun Sumı iddiası

“Sumidə vurulan obyektdə kimlərin olduğu ilə bağlı əlimizdə faktlar var. Ukrayna hərbi rəhbərlərinin Qərbdəki həmkarları ilə növbəti “toplanışı” olub”.

Apr 14, 2025 - 18:25
“Əlimizdə faktlar var” - Lavrovun Sumı iddiası

SAVASHMEDİA.az xəbər verir ki, bu iddianı “Kommersant”a müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. 

Onun sözlərinə görə, xarici hərbçilər ya muzdlu, ya da başqası kimi maskalanıb: “Orada NATO ölkələrinin hərbçiləri var və bilavasitə onlar rəhbərlik edirlər. Bunu hamı bilir. “The New York Times” bu yaxınlarda izah etdi ki, amerikalılar Rusiyaya qarşı hücumlarda ən əvvəldən necə həlledici rol oynayıblar. Onların bu rol olmadan uzaq mənzilli raketlərin əksəriyyəti heç vaxt bazalarından qopmazdılar”, - deyə Lavrov əlavə edib. 

Xatirə SADİQ