"Son 3 ildə daha çox Kremldə gecələyirəm" - Putin

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, o, son üç ildə daha çox Kremldə gecələməli olub.

Apr 30, 2025 - 23:05
Apr 30, 2025 - 23:06
"Son 3 ildə daha çox Kremldə gecələyirəm" - Putin

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya lideri bunu “Rusiya. Kreml. Putin. 25 il” sənədli filminə müsahibəsində bildirib.

Sənədli kadrlarda Putin və VGTRK-nın jurnalisti Pavel Zarubinin Kremldəki mənzilə birlikdə daxil olduqları görünür.

Jurnalist prezidentdən soruşub: “Deməli, siz tez-tez burada gecələyirsiniz?” Putin suala cavab olaraq deyib: "Bəli. Son üç ildə, əsasən burada gecələməli oluram".

Pəncərənin yanındakı ağ pianinonu göstərərək jurnalist prezidentdən ifa etməyə vaxtının olub-olmadığını soruşub.

“Çox nadir hallarda” - deyə, Rusiya lideri jurnalistə cavab verib.

Putin daha sonra Zarubinə kitabxananı, iki yataq otağını və “ev kilsəsini” göstərib. (teleqraf)