Evdən çıxmaq üçün 20 min manat istəyən məcburi köçkün danışdı - VİDEO

Keçmiş məcburi köçkünün məskunlaşdığı evdən çıxması üçün mənzil sahibindən pul istədiyi iddia olunur.

Aug 25, 2025 - 23:19
Evdən çıxmaq üçün 20 min manat istəyən məcburi köçkün danışdı - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, yayılan səs yazısının Qubadlı rayonunun Muradxanlı kəndindən keçmiş məcburi köçkün, hazırda Sumqayıt şəhərində başqasının evində məskunlaşan Mehriban Hüseynovaya məxsus olduğu bildirilir. 

İddialara görə, o, 32 il bundan öncə sığınacaq üçün öz 4 otaqlı evini məcburi köçkünə verən Səlminaz Verdiyevanı təhdid edir. Hətta evdən çıxmaq üçün özü və baldızı üçün ümumilikdə 20 min manat pul tələb edir. 

Maraqlıdır ki, Mehriban Hüseynova səs yazısının ona aid olduğunu inkar etmir.

"Xəzər Xəbər" olaraq məsələni araşdırarkən də bunu təsdiqləyib.

Aytən İbrahimova

Həmin görüntüləri təqdim edirik: