Ronaldonun ailəsi Türkiyədədir - FOTOLAR
Futbolçu Kriştiano Ronaldonun ailəsi Türkiyəyə gedib.
SAVASHMEDİA.az xəbər verir ki, ailənin Türkiyəyə səfərinin səbəbi futbolçunun oğlu Kriştiano Dos Santosun (Cristiano Jr) matçı olub.
Belə ki, oğul Ronaldo Antalyada 16 yaşadək futbolçulardan ibarət milli komandalar üçün keçirilən yoldaşlıq turnirində Portuqaliya millisinin heyətində çıxış edib. Futbolçunun ailəsi matçı tribunadan izləyərək kiçik Ronaldoya dəstək olublar. Ronaldonun nişanlısı Corcina Rodriqes səfərləri ilə bağlı paylaşımlar edib.
Qeyd edək ki, İngiltərə millisi ilə qarşılaşan Portuqaliya matçdan 2-1 hesabı ilə qalib ayrılıb.
Banu
Fotolarda: Ronaldo və Corcina Rodriqes