Qalatasarayın futbolçusu ilə şəkil paylaşdı, vəzifədən qovuldu – Foto
“Sivasspor”un vitse-prezidenti Mücahit Yıldız “Qalatasaray”a 1:4 hesabı ilə məğlub olduqları matçdan sonra vəzifədən azad edilib.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Yıldızın qalatasaraylı futbolçu Viktor Osimhenlə şəkil çəkdirməsi və sosial şəbəkədə paylaşması olub.
Bu durum Sivassporun azarkeşlərini əsəbiləşdirib və onlar klub rəhbərliyindən Mücahit Yıldızın göndərilməsini tələb ediblər:
“Qalatasaray matçında klubun vitse-prezidenti Yıldızın rəqib komandanı dəstəkləyən görüntülərini böyük məyusluq və əsəblə izlədik. Cameəmizin heç bir fərdi, hələ də idarə heyətində olan bir şəxs klubumuzun taleyinin həll olunduğu bir matçda rəqib komandaya rəğbət bəsləyə və bunu nümayiş etdirə bilməz.Bu nə etikaya sığır, nə də vicdana. Bu, sadəcə məsuliyyətsizlik deyil, həm də özünü Sivasspora həsr etmiş minlərlə azarkeşin əməyinə, alın tərinə, hisslərinə açıq-aşkar hörmətsizlikdir”.
Klub rəhbərliyinin yaydığı açıqlamada Mücahit Yıldızın vəzifədən göndərildiyi təsdiqlənib.
Banu