Zibil poliqonunda dəhşətli tapıntı - Prokurorluq araşdırır
Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü döl aşkar edilib.
SAVASHMEDİA.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Prokurorluq əməkdaşları hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirib, məhkəmə-tibbi ekspertizası təyin olunub. Hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər də icra edilib. pizza
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.