Roberto Karlos islamı qəbul edib? - Özü DANIŞDI
Braziliya futbolunun əfsanəsi Roberto Karlos İslamı qəbul etməsi ilə bağlı son günlər yayılan xəbərlərdən sonra məsələyə aydınlıq gətirib.
SAVASHMEDİA.az xəbər verir ki, “Real Madrid” və Braziliya millisinin üzvü olmuş 53 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Okaz” qəzetinə açıqlamasında İslama böyük hörmət bəslədiyini, lakin bu dini qəbul etmədiyini bildirib.
“İslama böyük hörmət bəsləyirəm. Həyat yoldaşımın namaz qıldığını görmək çox xoşdur, amma mənim İslamı qəbul etməyimlə bağlı yayılan xəbərlər doğru deyil”, - Roberto Karlos deyib.
Bəs bu şayiə necə yayılıb?
Roberto Karlosun İslamı qəbul etdiyi əvvəlcə Türkiyə mediası yayılıb. Daha sonra Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Ali Şahin də bu məlumatı sosial şəbəkədə paylaşaraq futbolçunu təbrik edib.
Şahinin sözlərinə görə, Braziliya müsəlman icmasının tanınmış nümayəndəsi Şeyx Cihad Hammadeh ona Roberto Karlosun təxminən dörd həftə əvvəl görüş zamanı şəhadət gətirərək İslamı qəbul etdiyini deyib.
Aytən