İranlı general İsraili hədələdi
“İran İslam Respublikası tezliklə İsrailin ölkəyə hücumuna cavab verəcək”.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin müavini, general-mayor Məhəmməd Rza Nəqdi deyib.
“Yaxın günlərdə sionist rejimə daha da sarsıdıcı zərbələr görəcəksiniz . Biz öz tədbirlərimiz və fərasətimizlə onları təəccübləndirəcəyik”, - deyə general bildirib.
Eyni fikri İran hökumətinin sözçüsü Fatimə Mohacerani də bildirib. O, İranın son hücumunu “sərhədlərimizə hücum” adlandırıb və “İsrail rejiminin cavab alacağını” vurğulayıb.
Xatırladaq ki, okyabrın 26-na keçən gecə İsrail aviasiyası İrana zərbələr endirib.
Xatirə SADİQ