Putin ölkəsini gözləyən təhlükədən danışdı - "Sərhəddədirlər, sayları 100 mini keçir"
Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında ölkəsinin üzləşdiyi yeni sitiuasiya barədə danışıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, Avropada ABŞ hərbçilərinin sayının 100 mini keçdiyini deyən Putin bundan narahatlığını ifadə edib.
"NATO ölkələri hərbi xərcləri artırır. Rusiya sərhədləri yaxınlığında alyansın qoşunlarının zərbə qruplaşmaları formalaşdırılır və toplanılır. Avropadakı ABŞ hərbçilərinin sayı artıq 100 mini ötüb", - o qeyd edib.
Oğuz