Polisləri görəndə "məni bağışlayın" qışqırıb - İsa Aras Mersinlini kim öldürüb? - YENİ FAKT
Qəhrəmanmaraşda 9 nəfərin həyatına son qoyan dəhşətli məktəb faciəsinin detalları açılqlandıqca yeni məqamlar üzə çıxır.
SAVASHMEDİA.az xəbər verir ki, hadisəni törədən 14 yaşlı İsa Aras Mersinlinin həm son sözləri, həm də ölüm səbəbi ilə bağlı ilkin versiyaların doğru olmadığı müəyyənləşib.
İlkin məlumatlara görə, atasına məxsus 5 silah və 7 dolu daraqla məktəbə daxil olan yeniyetmə qısa müddətdə ətrafı qan gölünə çevirib. Hadisə yerinə gələn polis əməkdaşlarını görən İsa Arasın onlara tərəf dönərək “Məni bağışlayın, məni bağışlayın!” deyə qışqırdığı bildirilir. Bu ifadə onun son anda peşmanlıq hissi keçirdiyini göstərir.
Ölüm səbəbi ilə bağlı YENİ FAKT
Hadisədən sonra yayılan məlumatlarda hücumçunun intihar etdiyi iddia edilsə də, Məhkəmə Tibbi Ekspertizasının rəyi bu versiyanı təkzib edir. Ekspertiza nəticələrinə əsasən, İsa Arasın ölümünə səbəb güllə yarası deyil.
Mütəxəssislər müəyyən ediblər ki, onun həyatını itirməsinə səbəb sağ ayağında yaranmış kəsici-deşici alət zədəsidir. Bildirilir ki, istifadə olunan alətin bir tərəfi küt, digər tərəfi isə iti olub. Bu zədə nəticəsində əsas damarlar zədələnib və güclü qanaxma yeniyetmənin ölümünə gətirib çıxarıb.
İstintaq materiallarına əlavə edilən tibbi hesabatda hücumçunun fiziki göstəriciləri də yer alıb. Qatil təxminən 1.79 sm boyunda, 85–90 kiloqram çəkidə olub.
Bədəndə müxtəlif nahiyələrdə qurumuş qan izləri aşkarlansa da, kürək, qoltuqaltı və ovuc içlərində əlavə zədə izinə rast gəlinmədiyi qeyd olunur.
Baş verən faciənin təfərrüatları hələ də araşdırılır. Ortaya çıxan yeni faktlar isə hadisənin əvvəl düşünüləndən daha mürəkkəb və çoxşaxəli olduğunu göstərir.
Oğuz