ABŞ-də vitse-prezidentin iqamətgahına hücum edən saxlanıldı

ABŞ-də təhlükəsizlik orqanları vitse-prezident Cey Di Vensə məxsus iqamətgaha silahlı hücum faktını araşdırır.

Jan 5, 2026 - 18:29
Jan 5, 2026 - 18:41
ABŞ-də vitse-prezidentin iqamətgahına hücum edən saxlanıldı

SAVASHMEDİA.az xəbər verir ki, insident Ohayo ştatında baş verib və naməlum şəxs rezidensiya istiqamətində atəş açıb.

Məlumata görə, hadisə zamanı vitse-prezident Cey Di Vens ailəsi ilə birlikdə Vaşinqtonda olub. Hücum nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Hüquq-mühafizə orqanları dərhal əraziyə cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib. Polis bir nəfəri şübhəli şəxs qismində saxlayıb. Hadisənin motivləri və hücumçunun təkbaşına hərəkət edib-etmədiyi hazırda araşdırılır.

Aytən