Masazırda xalaqızıları öldürən şəxs tutuldu - Görün harada gizlənirmiş?
Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, hadisə aprelin 12-də baş verib. Masazır qəsəbəsində xalaqızıları - 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və Nuranə Rüstəm qızı İsgəndərli (1996-cı il təvəllüdlü) kəsici-deşici alətlə xəsarət yetirilib və onlar hadisə yerində ölüb.
(report)