İsrail Livanla razılaşdı - "Hizbullah" tərksilah olunur

ABŞ-də keçirilən danışıqlarda İsrail və Livan “Hizbullah”ın tam tərksilah olunması ilə bağlı razılığa gəliblər.

Apr 14, 2026 - 23:14
İsrail Livanla razılaşdı - "Hizbullah" tərksilah olunur

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə “NBC News” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər eyni zamanda İranın Livanın gələcəyinə təsirinin məhdudlaşdırılması məsələsini də müzakirə ediblər.

Görüş zamanı ABŞ tərəfindən Livandakı köçkünlərə dəstək məqsədilə 58,8 milyon dollar həcmində humanitar yardım paketinin ayrılması təsdiqlənib.

Oğuz