29 narkobaron ABŞ-yə təhvil verildi

Meksika hakimiyyəti narkotik kartellərinə rəhbərlik etmək, qətllər və digər cinayətlər törətməkdə mühakimə olunan və ya ittiham olunan 29 narkobaronu ABŞ-yə təhvil verib.

Feb 28, 2025 - 16:36
29 narkobaron ABŞ-yə təhvil verildi

SAVASHMEDİA.az bu barədə “Reuters” və CNN-ə istinadən xəbəbr verir.

ABŞ-nin baş prokuroru Pəm Bondi söz verib ki, kartel üzvləri qanunun tam qüvvəsi ilə təqib olunacaqlar. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp kartellərin terror qrupları olduğunu açıq şəkildə bəyan edib və Ədliyyə Nazirliyi onları məhv etmək öhdəliyinə sadiqdir.

Meksika hakimiyyəti Trampın Meksika mallarına rüsumları qaldıracağı ilə hədələməsindən sonra genişmiqyaslı ekstradisiya həyata keçirmək qərarına gəlib. 

Bundan öncə Ağ Evin rəhbəri Mexiko şəhərini qeyri-qanuni miqrasiya və narkotik ticarəti ilə mübarizədə kifayət qədər iş görməməkdə ittiham edib. Tramp fevralın 27-də Meksika və Kanadadan gələn mallara 25% tariflərin Çindən idxala əlavə 10% tariflə birlikdə martın 4-dən qüvvəyə minəcəyini açıqlayıb. 

Tramp bu addımı həmin ölkələrdən ABŞ-yə narkotik axınının davam etməsi ilə izah edib: “Biz Çin, Meksika və Kanada ilə danışıqları davam etdiririk. Biz immiqrasiya vəziyyəti üzərində yaxşı nəzarət səviyyəsinə nail olmuşuq, lakin fentanillə bağlı ölüm məsələsi narahatlıq doğurur”.

Xatirə SADİQ