Holokost şahidi 113 yaşında dünyasını dəyişdi
Holokostdan sağ çıxan ən yaşlı insanlardan biri olan Roza Jirone 113 yaşında vəfat edib.
SAVASHMEDİA.az bu barədə “Associated Press” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, qadın bazar ertəsi Nyu Yorkda dünyasını dəyişib. Claims Conference-in ötən il dərc edilən araşdırmasına görə, Jirone hələ də 90-dan çox ölkədə yaşayan təxminən 245.000 sağ qalandan biri idi.
Onların sayı sürətlə azalmağa başlayıb, çünki əksəriyyəti zəif sağlamlığa malik qocalardır. Onların orta yaşı 86-dır.
Xatirə SADİQ