Cəlilabadda uşağın əlində "fişəng" partladı - Təcili Bakıya gətirilıdi
Cəlilabadda bədbəxt hadisə baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb.
Bayram atəşfəşanlığı keçirilən məhəllədə kustar üsulla hazırlanan pirotexniki vasitənin partlaması nəticəsində 7 yaşlı Ş.A müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Azyaşlı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb və ona üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.
İlkin tibbi yardımdan sonra uşaq Bakıda yerləşən Yanıq Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.