Həkim Asif Nəsirli VƏFAT ETDİ

Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib.

May 5, 2026 - 22:17
Həkim Asif Nəsirli VƏFAT ETDİ

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

“Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirlinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin”,- paylaşımda deyilir.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat edib, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.