Tusk xəbərdarlıq etdi – “Gürcülər deportasiya olunacaq”

Polşada qanunu pozan Gürcüstan vətəndaşları ölkədən çıxarılacaq.

Feb 28, 2025 - 16:54
Tusk xəbərdarlıq etdi – “Gürcülər deportasiya olunacaq”

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbəbr verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk deyib. 

Onun sözlərinə görə, Polşada saxlanılan cinayətkarların deportasiyasına martın ilk həftəsində başlanılacaq.

Tusk həmçinin TVN24 telekanalına müsahibəsində qeyd edib ki, deportasiya üçün cinayətkarların gəldiyi ölkələrlə razılaşma tələb olunur və Gürcüstan da onlardan biridir.

“Bu, Gürcüstan da daxil olmaqla, deportasiyaların ilk dalğası olacaq, çünki biz çox fəal olan gürcü quldur dəstələri haqqında da danışmışıq”, - deyə Tusk vurğulayıb. 

Bu arada 29 yaşlı Gürcüstan vətəndaşı internet dələduzluğuna görə Polşada həbs olunub. 

Məlumata görə, həbs edilmiş şəxs çatdırılma xərcləri ilə bağlı saxta istinadlar yayıb. Nəticədə qurbanın onlayn bankına daxil olmaq imkanı qazanıb və 8000 Polşa zlotu (təxminən 2000 ABŞ dolları) oğurlayıb.

Lubartovski Rayon Məhkəməsi dələduzun barəsində üç aylıq həbs-qətimkan tədbiri seçib. Gürcüstan vətəndaşını 8 ilədək həbs cəzası gözləyir.

Xatirə SADİQ