Zelenski amerikalı həmkarı ilə görüşə hazırdır – “Komandalar razılaşdıran kimi…”
Ukrayna prezidenti Volodimir Zelenski komandalar səfərin tarixini və gündəliyini razılaşdıran kimi amerikalı həmkarı Donald Trampla ABŞ-də görüşməyə hazır olduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski “The Guardian” nəşrinə müsahibəsində deyib.
"Prezident Trampa gəlincə, o, dedi ki, məni Vaşinqtonda gözləyir. Biz həqiqətən də komandalarımızın Amerika Birləşmiş Ştatlarında görüşlərin tarixini və planını razılaşdıracağını gözləyirik. Yəni bu barədə razılığa gələn kimi biz hazırıq – mən hazıram – görüşə”, - deyə Zelenski vurğulayıb.
O, həmçinin əlavə edib ki, Ukrayna hökumətinin nümayəndələrini çox dolğun həftə və ay gözləyir, çünki çoxlu görüşlər planlaşdırılıb və Amerika tərəfidən də iş daha da fəallaşıb.
“Prezident Trampın komandası ilə görüşlərimiz olacaq. Düşünürəm ki, yaxın günlərdə Münhendə vitse-prezident Vens və bütün komanda ilə görüşəcəyəm. Mənim də bir sıra görüşlərim planlaşdırılıb – iyirmi mühüm senator və konqresmen var – bunlar ayrı, müxtəlif görüşlər olacaq. Həm də Avropa liderləri ilə çoxlu görüşlər var. Biz nəzərdə tuturuq ki, mənim komandamın həm Kelloqla, həm də Tramp komandasının digər nümayəndələri ilə əlaqə saxlamaq imkanı olacaq”, - deyə Zelenski söyləyib.
O, həmçinin əlavə edib ki, Münhendən əvvəl və sonra Ağ Evin nümayəndələri Ukraynaya gələcək.
Xatirə SADİQ