Almaniya kansleri Putindən sonra Trampa üz tutdu
Almaniya kansleri Olaf Şolts ABŞ-nin seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə Almaniya federal hökumətinin nümayəndəsi Şteffen Gebeştrayt deyib.
Onun sözlərinə görə, Tramp və Şolts arasındakı söhbət Avropada təhlükəsizlik siyasətinə çağırışlara həsr olunub.
“Tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsinin çox uzun müddətdir davam etdiyi, vicdanlı, ədalətli və davamlı sülh yoluna mümkün qədər tez irəliləməyin vacib olduğu barədə razılığa gəliblər”, - Gebeştrayt əlavə edib.
Eyni zamanda Şolts təsdiqləyib ki, Almaniya “lazım olduğu qədər” Rusiyanın təcavüzünə qarşı müdafiədə Ukraynanı dəstəkləməyə davam edəcək.
Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə Donald Tramp Ukraynadakı müharibəni 24 saata bitirəcəyini vəd edirdi.
Xatirə SADİQ