Kreml çinlilərin müharibəyə cəlb olunmasını inkar etdi 

“Rusiya Çini Ukraynadakı münaqişəyə cəlb etmir”.

Apr 10, 2025 - 14:53
Kreml çinlilərin müharibəyə cəlb olunmasını inkar etdi 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 

“Bu, belə deyil. Çin ölçülüb-biçilmiş mövqe tutur. Çin bizim strateji tərəfdaşımız, dostumuz, yoldaşımızdır. Və Çin həmişə olduqca ölçülüb-biçilmiş mövqe tutub. Ona görə də Zelenski haqlı deyil”, - deyə Kremlin sözçüsü vurğulayıb. 

Xatırladaq ki, ötən gün Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkə kəşfiyyatı Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak edən 155 Çin vətəndaşını müəyyənləşdirib. Bu həftənin əvvəlində Zelenski iki çinlinin Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyünü xəbər verdi. Bundan sonra Çinin müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı. 

Lakin Çin hökuməti çoxsaylı ölkə vətəndaşlarının müharibədə iştirakı barədə iddianın həqiqətə uyğun olmadığını bildirdi. 

“Vurğulamaq vacibdir ki, Çin hökuməti hər zaman öz vətəndaşlarına silahlı münaqişə bölgələrindən uzaq durmağı və münaqişəyə heç bir formada müdaxilə etməməyi – xüsusilə də hər iki tərəfin hərbi əməliyyatlarında iştirakdan çəkinməyi tapşırıb”, - deyə hökumət sözçüsü söylədi. 

Xatirə SADİQ