Zelenski gürcü hakimiyyətinə sanksiyalar hazırlayır

Ukrayna Gürcüstanın hazırkı hökumətinin hərəkətləri ilə əlaqədar sanksiyalar hazırlayır.

Dec 5, 2024 - 11:38
Zelenski gürcü hakimiyyətinə sanksiyalar hazırlayır

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski bəyan edib.

Zelenski deyib ki, Gürcüstanın hazırkı hökuməti ölkəni açıq-aşkar Rusiyadan asılı vəziyyətə salıb və bu problem təkcə həmin dövlətə aid deyil.

“Bu, sadəcə biabırçılıqdır, onlar (Gürcüstan hökumətinin - red.) indi öz xalqına qarşı nələrə getmirlər. Gürcüstandakı bu hökuməti Moskvada tərifləyəndə, bu, onların indi Tbilisidə kimin üçün işlədiyini və kimin üçün etirazları dağıtdığını açıq şəkildə müəyyənləşdirir. Bu, dəqiq Gürcüstan üçün deyil”, - deyə Ukrayna prezidenti əlavə edib.

Dövlət başçısı bildirib ki, Kiyev hüquqi reaksiya hazırlayır və tərəfdaşları ilə birlikdə konkret addımlar atır.

“Mən müvafiq sanksiya qərarlarının hazırlanmasını tapşırmışam”, - deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, Baltikyanı ölkələr artıq  Gürcüstanda etirazların yatırılmasında iştirak edən gürcü rəsmilərinə, o cümlədən hakim partiyanın faktiki lideri, oliqarx Bidzina İvanişviliyə qarşı sanksiyalar elan edib

Xatirə SADİQ