Ukrayna prezidentinin nümayəndələri Trampın adamları ilə görüşdü

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın rəhbərlik etdiyi nümayəndə heyəti Donald Trampın komandasının təmsilçiləri ilə görüş keçirib.

Dec 5, 2024 - 11:41
Ukrayna prezidentinin nümayəndələri Trampın adamları ilə görüşdü

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, görüş Vaşinqtonda baş tutub. Trampın komandasını milli təhlükəsizlik üzrə müşavir təyin etməyi planlaşdırdığı Mayk Uolts, Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə postuna namizəd Keyt Kelloq təmsil edib.

Ukrayna tərəfinin səfərdə məqsədi Rusiyaya qarşı müharibədə dəstək almaq üçün gələcək ABŞ administrasiyası ilə əməkdaşlıq qurmaq olub.

Qeyd edək ki, bu ərəfədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa təsdiqləyib ki,  Tramp komandası ilə görüş məqsədilə Yermak ABŞ-yə səfər edib. 

Xatirə SADİQ