Gürcüstandakı müxalifət lideri sərbəst buraxıldı – “Azadlıqdayam…”
Çavçavadze prospektində bu gün səhər saatlarında saxlanılan “Dəyişikliklər uğrunda Koalisiya”nın liderlərindən biri Zurab Girçi Caparidze sərbəst buraxılıb.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Caparidze social şəbəkədə məlumat yayıb.
“Mən azadlıqdayam”, - deyə yazan Caparidze avtomobildə fotosunu dərc edib.
Qeyd edək ki, Zurab Caparidze bir neçə saat əvvəl Gürcüstan paytaxtının Çavçavadze prospektində keçirilən etiraz aksiyasında saxlanılıb. Həbsdən əvvəl etirazçılarla polis qüvvələri arasında qarşıdurma olub.
Onun vəkili Vaxo Baramaşvili deyib ki, xüsusi təyinatlılar Zurab Caparidzeni saxlamaq üçün bir kilometr yarım onu təqib ediblər.
Xatirə SADİQ