Ukraynada kişiləri xaricə daşıyan şəbəkə ifşa edildi - Hərbi xidmətdən belə yayınırmışlar
Ukrayna milli polisi hərbi xidmətə cəlb olunan kişiləri xaricə çıxaran qeyri-qanuni kanalları ifşa etmək məqsədilə genişmiqyaslı xüsusi əməliyyata başlayıb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Milli polisdən bildirilıb.
Məlumata görə, artıq ölkə üzrə 600-dən çox axtarış aparılıb. “Bu, çağırış yaşında olan kişilərin xaricə ixracı üçün kanalların bağlanması üçün xüsusi əməliyyatın yalnız birinci mərhələsidir”.
Bildirilir ki, hüquq-mühafizə orqanları rəsmi keçid məntəqələrindən yan keçərək kişilərə sərhədi keçməyə kömək edən qrupların təşkilatçılarını və üzvlərini ifşa etməklə məşğuldur.
Polisin məlumatına görə, işbazlar yüzlərlə hərbi mükəlləfiyyətlinin bu marşrutlarla keçməsinə şərait yaradıblar.
Hüquq-mühafizə orqanları əlavə ediblər ki, xüsusi əməliyyatın təfərrüatları barədə bütün istintaq hərəkətləri başa çatdıqdan sonra məlumat veriləcək.
Xatirə SADİQ