Rusiyadan Azərbaycana pul köçürmələri DAYANDI

“Zolotaya Korona” pulköçürmə sistemi Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarından sonra  Ermənistan, Azərbaycan, Gürcüstan və bir sıra digər ölkələrə pul köçürmələrini dayandırıb.

Jul 25, 2026 - 13:41
Rusiyadan Azərbaycana pul köçürmələri DAYANDI

SAVASHMEDİA.az  xəbər verir ki, sistemin rəsmi saytında Rusiyadan onlayn köçürmələr üçün mövcud olan ölkələrin siyahısında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qalıb.

Avropa İttifaqı iyulun 23-də Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul edib. Rəsmi açıqlamaya əsasən, məhdudiyyətlər enerji, maliyyə və kriptovalyuta sektorlarını əhatə edir.

Yeni paket çərçivəsində Aİ 94 Rusiya bankının aktivlərini dondurub və onlarla əməliyyatları qadağan edib. Sanksiyalar həmçinin “Zolotaya Korona” ödəniş sisteminin operatoru və hesablaşma mərkəzi olan “Platejnıy tsentr” və “Tsifra Bank”a da şamil olunub.