Şəmkirdə 12 yaşlı qızı 16 yaşlı bacısı öldürübmüş - DETALLAR

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.

Jul 25, 2026 - 13:27
Şəmkirdə 12 yaşlı qızı 16 yaşlı bacısı öldürübmüş - DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, plis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***

24.07.2026-cı il tarixində saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.

Bu barədə APA-nın yerli bürosuna TƏBİB-dən bildirilib.

***

Şəmkirdə bıçaq xəsarəti alan 12 yaşlı qız xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Lakin bundan bir qədər sonra qız öz həyətyanı sahələrində yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.