Tramp telefon nömrəsini kimə verdiyinə görə peşmandır? - "3 dəqiqədən bir zəng olar?"

ABŞ Prezidenti Donald Tramp həyatda etdiyi ən axmaq işin nə olduğunu açıqlayıb.

Jul 25, 2026 - 13:10
Jul 25, 2026 - 13:21
Tramp telefon nömrəsini kimə verdiyinə görə peşmandır? - "3 dəqiqədən bir zəng olar?"

SAVASHMEDİA.az xəbər verir ki, o, telefon nömrəsini jurnalistlərə verdiyinə görə peşmandır.

Tramp prezident seçildikdən sonra bir müddət jurnalistlərdən uzaq dura bilsə də, sonradan hər şey dəyişib: 

"Prezident olmazdan əvvəl jurnalistlər mənə hər yarım saatdan bir zəng vururdular. Prezidentliyə başlayandan bir müddət sonra  isə uzun müddət zənglər dayanmışdı. Bundan təəccübləndim və telefon nömrəmin media nümayəndələrinə verilməsini əmr etdim. Bu, həyatımda etdiyim ən axmaq hərəkət idi. İndi hər 3 dəqiqədən bir zəng edirlər".

Oğuz