Zelenskinin müşaviri atəşkəs xəbərini təkzib etdi

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin havada atəşkəs barədə xəbərləri təkzib edib.

Aug 16, 2025 - 15:44
Zelenskinin müşaviri atəşkəs xəbərini təkzib etdi

SAVASHMEDİA.az xəbər verir ki, o, bunu Rusiya ilə Ukrayna arasında hava atəşkəsi ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib.

"Biz bu barədə heç nə eşitməmişik" deyə Litvin X sosial şəbəkəsində yazıb.

Daha əvvəl xəbər yayılmışdı ki, Rusiya, Ukrayna və ABŞ liderlərinin üçtərəfli görüşündən əvvəl havada atəşkəslə bağlı ilkin razılıq əldə olunub.

Səlcuq