"Sülh sazişi tezliklə imzalanmayacaq" - İran

“İran hazırda Pakistanın vasitəçiliyi ilə ABŞ ilə müharibənin dayandırılması üzrə danışıqlar aparır”.

May 25, 2026 - 11:57
"Sülh sazişi tezliklə imzalanmayacaq" - İran

SAVASHMEDİA.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Danışıqların əsas məqsədi müharibəyə son qoymaqdır və bu mərhələdə nüvə silahlarını (proqramını) müzakirə etmirik”, - Bəqayi bildirib.

Diplomat əlavə edib ki, İran və ABŞ hələ də yekun sülh müqaviləsi imzalamaqdan uzaqdırlar, amma tərəflər əksər məsələlərdə razılığa gəliblər:

“Düzdür, müzakirə olunan məsələlərin əksəriyyəti üzrə razılıq əldə edilib, amma heç kim bunun tezliklə imzalanacağı anlamına gəldiyini iddia edə bilməz”.

İsmayıl Bəqayi qeyd edib ki, danışıqlar prosesi ABŞ-nin mövqeyində tez-tez dəyişikliklər səbəbindən mürəkkəbləşir.