“Ərdoğana görə bir il gec boşandıq” – Məşhur müğənni + FOTO
Türkiyəli müğənni Sinan Akçıl şəxsi həyatı ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Sinan Akçıl Rəcəb Tayyib Ərdoğanın onu boşanma fikrindən daşındırdığını bildirib.
"Cənab Prezident boşanma qərarının gənclərimizə düzgün nümunə olmayacağını dedi. Evliliyi yenidən sınamağımızı tövsiyə etdi. Məntiqli cümlələr qurdu. Fikrimizdən daşındıq, ailəmizə bir müddət də şans verdik. Lakin alınmadı. Bir il sonra boşandıq".
Qeyd edək ki Müğənni Sinan Akçıl ilə aktrisa Burcu Kıratlı 24 dekabr 2018-ci ildə ailə qurub. Cütlük 6 sentyabr 2019-cu ildə boşanıb. Onlar 22 fevral 2021-ci ildə yenidən ailə qurublar. 2022-ci ildə boşanıblar.
Banu
Fotolarda: Sinan Akçıl və Burcu Kıratlı