6 bal gücündə... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

Yer planetində maqnit qasırğalarının periodikliyində artım müşahidə olunur.  

Oct 28, 2024 - 15:08
6 bal gücündə... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az-ın xəbərinə görə, son 6 ayda planetimizdə maqnit qasırğasının təsiri daha güclü hiss olunur. 

Mütəxəssislər isə bu gün, oktyabrın 28-də 6 bal gücündə maqnit qasırğası proqnozlaşdırıblar. Qasırğanın planetin bir çox yerlərində, eləcə də Azərbaycanda müşahidə ediləcəyi gözlənilir. 

Bəs maqnit qasırğası zamanı nə etməliyik?

Mütəxəssislər maqnit qasırğası zamanı  fiziki aktivliyi azaltmağı məsləhət görürlər. Daha çox su içməyin faydalı iolacağını hesab edən eksprtlər ağır stresli vəziyyətlərdən qaçmağıın və istirahətin vacibliyini vurğulayırlar.

Maqnit qasırğaları zamanı sağlamlığınızdakı dəyişiklikləri izləyin. Baş ağrısı, zəif yuxu, apatiya və ya qıcıqlanma baş verə bilər. Qeyri-adi əlamətlərlə qarşılaşsanız, həkiminizlə əlaqə saxlamalısınız.

Maqnit qasırğaları artan narahatlıq və stressə səbəb ola bilər. Meditasiya, dərin nəfəs və ya yoqa kimi istirahət üsullarını sınayın.

Sağlam həyat tərzi, o cümlədən müntəzəm fiziki fəaliyyət, balanslaşdırılmış pəhriz və yaxşı yuxu maqnit qasırğalarının bədəninizə təsirini azaltmağa kömək edə bilər.

Yağmur