Qadını səhvən kişi türməsinə göndərdilər - Bir gecə...
Şotlandiyada qadın səhvən kişi həbsxanasına göndərilib və orada gecələməyə məcbur edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşr yazıb ki, bu səhv qadının kişi çizgilərinə malik olduğu üçün baş verib. Onun bioloji cinsiyyəti yalnız ertəsi gün həbsxana əməkdaşlarının əsaslı şəkildə axtarış aparmasından sonra üzə çıxıb. Bir gecə kişilərlə eyni kamerada qalan qadın məhbus Şotlandiyada mövcud olan yeganə qadın həbsxanasına köçürülüb.
Nəşr nəzərə çatdırıb ki, məhkum məhkəmədə kişi kimi qeydə alınıb.
Şotlandiya polisinin sözçüsü, kişinin cinsi haqqında natamam məlumatla nəzarətə götürüldüyünü təsdiqləyib. Əlavə edilib ki, polis bu hadisədən sonra məhkumların saxlanma prosedurlarını nəzərdən keçirir.
Xatirə SADİQ