Quranı yandıran şəxs İsveçdə öldürüldü

“Qurani-Kərim”i yandıran iraqlı mühacir Salvan Momika güllələnərək öldürülüb.

Jan 30, 2025 - 09:41
Quranı yandıran şəxs İsveçdə öldürüldü

Bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.

Məlumata görə, Salvan Momika Stokholmun cənubundakı Södertälje şəhərində güllələnərək öldürülüb.

Salvan Momika 2023-cü ilin yayında Stokholmda bir neçə dəfə “Qurani-Kərim”i yandırıb./APA