Aleksandar Vuçiç prezidentlikdən gedir

Serbiya prezidenti Aleksandar Vuçiç növbəti prezident seçkilərində iştirak etməyəcəyini bildirib. 

Aug 13, 2025 - 16:58
Aleksandar Vuçiç prezidentlikdən gedir

SAVASHMEDİA.az Serbiyanın Kurir agentliyinə istinadən xəbər verir ki, Vuçiç bunu Belqradda jurnalistlərin suallarını cavablandırarkən deyib.  

“Mən yenidən prezidentliyə namizədliyimi irəli sürə bilmərəm. Amma kiməsə kömək edəcəyəmmi və kiminsə uğrunda mübarizə aparacağammı? Mən bunu edəcəyəm. Bəs hansı mövqedən – bu, indinin sual deyil”, - deyə Serbiya prezidenti əlavə edib. 

O, qeyd edib ki, vəzifədə qalması üçün ölkənin Konstitusiyasına dəyişiklik etməyə təşəbbüs göstərmək niyyətində deyil və ilyarımdan sonra prezident karyerasını başa vuracaq. Çünki əsas vəzifəsi Serbiyanın daxili və xarici siyasətində sabitliyi və ardıcıllığı təmin etməkdir.

Xatırladaq ki, 2024-cü ilin payızından Serbiyada kütləvi etirazlar davam edir. Bu proses Novi Saddakı faciəli hadisələrdən sonra başlayıb. Müxalifət qüvvələri və tələbə birliklərinin təşkil etdiyi kütləvi nümayişlərdə növbədənkənar seçkilərin və siyasi islahatların keçirilməsi tələb olunur.

Xatirə SADİQ