Rusiya XİN Azərbaycanı hədələdi - "Ukraynaya silah verilsə..."
Azərbaycan tərəfindən Ukraynaya silah tədarükünə qoyulan embarqonun mümkün ləğvi münaqişənin həllinə kömək etməyəcək, əksinə, vəziyyəti daha da pisləşdirəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib.
"Azərbaycanlı tərəfdaşlarımız Kiyevdəki neonasist rejiminə ikili təyinat olan silahların və ya humanitar yardımın tədarükü ilə bağlı mövqeyimizi yaxşı bilirlər. İnanırıq ki, bu cür hərəkətlər münaqişənin həllinə kömək etməyəcək və əksinə, vəziyyəti daha da pisləşdirəcək", - Fadeyev vurğulayıb.
Xatırladaq ki, bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən Azərbaycandan Ukraynaya humanitar yardım məqsədli elektrik hava xətləri avadanlıqlarından ibarət yükün ilk hissəsi yola salınıb.
Oğuz